Qusarda qaz olmayacaq

Bu gün Qusar rayonunun qaz təchizatında fasilə yaranacaq.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Şahdağ” QTM qaz kəmərində planlı təmir işləri ilə əlaqədar aprelin 26-da saat 10:00-dan 17:00-dək “Qusar 2-ci xətt” və “Şahdağ TK(QPS)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Qusar şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.