Pul bazamız 10%-dək artıb

Azərbaycanda pul bazası bu il mayın 1-nə 14 milyard 564,5 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1,4% çoxdur.

Pul bazası ilin əvvəli ilə müqayisədə 18,8% azalıb, son 1 ildə isə 9,7% artıb.