Problemli kreditlər 12% azalıb

Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 591,8 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,2% çoxdur.

Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 0,3%, son 1 ildə isə 12,3% azalıb.

Bu il aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,8% təşkil edib. Bu nisbət martın sonuna 2,9%, ötən ilin sonuna 2,9%, ötən il aprelin sonuna isə 3,7% olub.