Poliklinikanın tavanı çökdü, işçilər və pasiyentlər təxliyə olundu

Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.

İndex.az xəbər verir ki, “Report”un Qərb bürosunun məlumatına görə, hadisə səbəbindən poliklinikada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.

Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.