Planetdə ən çox istifadə olunan “OK” sözü haradan gəlir?

Təsdiq, qəbul, razılıq əlaməti kimi işlənən “OK” sözünün hətta barmaq təsvirləri var. Dünyada o qədər məşhurdur ki, planetdə ən çox deyilən və ya yazılmış söz kimi qəbul edilir.

Əslində, “OK” “okie dokie”, “oke”, “hokay”, “kay” kimi müxtəlif alternativlərlə də istifadə olunur. Belə bir məşhur sözün haradan gəldiyi müzakirəyə açıqdır.

Ən çox yayılmış nəzəriyyəyə görə, “OK” sözünün mənşəyi “oll korrect” ifadəsinə əsaslanır. 19-cu əsrin ortalarında sözlərin qısaldılması modası var idi. Məsələn,“going Texas” (Texasa gedirəm) demək əvəzinə “GT” istifadə olunurdu. Qısaldılmış ifadələrin çoxu orfoqrafik səhvlərlə dolu idi.

“Tamamilə doğru” mənasını verən “oll korrect” və ya “ole kurreck” ifadəsi əslində o dövrdə məşhur və jarqon ifadə idi. Beləliklə, “OK” olaraq qısaldılmış və beləliklə də həyatımızda yeri olan sözə çevrilmişdir.

Bir hind tayfası olan Çoktavların dili “Çoktaw” idi. Bu dildə “bəli” və ya “yaxşı” sözünün qarşılığı kimi “okeh” və ya “oke” sözü işlədilirdi.

Bu söz Amerika vətəndaş müharibəsində əsgərlər arasında da məşhur idi. Buna görə də “OK” sözünün çoktaw dilindən gəldiyinə dair də bir inanc var.

Bəzi nəzəriyyələr “OK” sözünün mənşəyinin fransız, alman və ya çex dillərindən gəldiyini göstərir.

Xüsusən də alman dilindəki “alle korrekt” (hər şey doğrudur) ifadəsi bu nəzəriyyəni gücləndirir, lakin hələ də sübut etmək üçün kifayət etmir və nəzəri olaraq qalır.