“Pegasus” 36 yeni “A321neo” təyyarəsi sifariş edir

“Pegasus” təyyarələrinin sayını artırır.

İndex.az xəbər verir ki, “Pegasus Hava Yolları” 2012-ci il tarixli “Airbus” sifarişindən əlavə olaraq 36 yeni “A321neo” təyyarəsi sifariş etmək üçün müqavilə imzalayıb.

Şirkətdən verilən açıqlamaya görə, hər gün yeni nəsil təyyarələrlə donanmasını genişləndirən və gəncləşdirən “Pegasus” yanacaq və vahid xərclərə qənaətlə yanaşı emissiyaların azaldılmasına diqqət yetirən gənc donanma planlama strategiyasına uyğun olaraq 36 yeni “Airbus A321neo” model təyyarəsi sifariş edib.