“Park Bulvar”ın sahibi olan şirkətdən sərmayə geri götürülür

“Park Bulvar”alış-veriş mərkəzinin sahibi “Bakı Plaza Turizm İşlətmələri” MMC-nin nizamnamə kapitalı 3,9 milyon dollar azaldılır.

İndex.az xəbər verir ki, “Bakı Plaza Turizm İşlətmələri” MMC nizamnamə kapitalının 32 milyon 522 min ABŞ dollarından 28 milyon 622 min ABŞ dollarınadək azaldığını elan edib.

Kreditorlar öz tələblərini bir ay ərzində AZ1005, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 42 ünvanına bildirə bilərlər.

2002-ci ildə dövlət qeydiyyatına alınmış “Bakı Plaza Turizm İşlətmələri” MMC-nin qanuni təmsilçisi Alı Ekber Yuksel-dir.

Mənbə – Marja