“Panasonic” batareya tutumunu dörd dəfə artıracaq

“Panasonic Holdings” batareya istehsal artırmağı planlaşdırdığını açıqladı.

İndex.az xəbər verir ki, “Panasonic Holdings”in baş direktoru Yuki Kusumi verdiyi açıqlamada bildirib ki, elektrikli avtomobillərə daha çox tələbatın olduğundan, 2031-ci ilin mart ayına qədər illik akkumulyator istehsal gücünü dörd dəfə artırmağı hədəfləyirlər.

“Tesla”ya akkumulyator tədarük edən şirkətin silindrik akkumulyatorlara diqqət yetirəcəyini ifadə edən Kusumi, ABŞ-da “İnflyasiyanın Azaldılması Qanunu”nun verdiyi subsidiyalardan yararlanacağını və Şimali Amerika bazarına üz tutacağını bildirib.

“Panasonic” istehsalı sürətləndirmək üçün noyabr ayında ABŞ-ın Kanzas ştatında 4 milyard dollarlıq yeni akkumulyator fabrikinin təməlini qoyub.