“Pakistan Beynəlxalq Hava Yolları” iflas edə bilər

Pakistan Beynəlxalq Hava Yollarının (PIA) iflas ərəfəsində olduğu bildirilib.

İndex.az xəbər verir ki, Qurum rəsmisi qeyd edib ki, “Boeing” və “Airbus” kimi təyyarə istehsal edən şirkətlər ödəniş etmədikləri üçün PİA-ya ehtiyat hissələrinin tədarükünü dayandırıblar və PİA-nın məhdud uçuş əməliyyatları səbəbindən hər gün milyonlarla rupi ziyana uğrayıb.

Dammam Hava Limanında 1, Dubay Hava Limanında isə 4 PİA təyyarəsinin yanacaq ödəmədiyi üçün dayandırıldığını və PİA-nın verdiyi yazılı təminatdan sonra bu uçuşlara icazə verildiyini diqqətə çatdırılıb.

PİA-nın iflas ərəfəsində olduğunu və sentyabrın 15-nə qədər 77,8 milyon dollar təcili maliyyə yardımı verilməsə, uçuşların dayandırıla biləcəyini də bildirilib . Digər tərəfdən, mənbələr PİA işçilərinin maaşlarını ala bilməyəcəyini də gündəmə gətiriblər.