“Opel” yeni “B-SUV” modelini dünyaya Türkiyədə təqdim edəcək

“Opel”in CEO-su Florian Huetl bu il ikinci dəfə Türkiyəyə səfər edib və qatıldığı toplantıda markanın məhsul çeşidində ediləcək dəyişikliklərlə bağlı mühüm məlumatları paylaşıb.

İndex.az xəbər verir ki, “Opel” CEO-su Florian Huetl bildirib ki, Türkiyə “Opel” üçün ən əhəmiyyətli bazarlardan biridir və “Crossland”ın yerini alacaq “B-SUV” modeli gələn il ilk dəfə Türkiyədə təqdim edəcək.

Huetl, tamamilə elektrikli olduğu bildirilən yeni “B-SUV” modelinin xüsusilə Türkiyə bazarı üçün son dərəcə maraqlı bir vasitə olacağını bildirib.

Bu ilin fevral ayında Türkiyədə akkumulyatorlu elektrikli avtomobil (BEV) seqmentində 5%-dən çox bazar payına çatan “Opel”, yeni modellərin gəlişi ilə yerini gücləndirəcək.

Xatırladaq ki, şirkət 2028-ci ilə qədər Avropada yalnız tam elektriklə işləyən avtomobillər satmağı planlaşdırır.