OPEC-dən qlobal neft tələbatının artımı ilə bağlı PROQNOZ

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün qlobal neft tələbatının artması ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

İndex.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına görə, bu il qlobal neft tələbinin ötən illə müqayisədə gündəlik 2 milyon 320 barel artaraq 101 milyon 900 min barrelə çatacağı gözlənilir.

OECD regionunda gündəlik tələbatın 230 min barel artaraq 46 milyon 230 min barrelə, OECD üzvü olmayan ölkələrdə isə gündəlik 2 milyon 90 min barel artaraq 55 milyon 670 min barel olacağı hesablanır.