Nyu York da “TikTok”u qadağan etdi

“TikTok” uzun müddətdir ki, ABŞ-da milli təhlükəsizlik üçün risk hesab olunur və buna görə də hədəfə alınıb.

İndex.az xəbər verir ki, indiyə qədər bir çox fərqli qadağalarla üzləşən platforma gələcəkdə geniş şəkildə qadağan edilə bilər. Başqa sözlə, ABŞ-da istifadəçilər qarşıdakı dövrdə “TikTok”a girişi itirə, proqram “App Store” və “Play Store”dan silinə bilər.

Bunun qarşısını almaq üçün planlar quran və bəzi böyük addımlar atan platforma bu gün yenidən ABŞ-da yerləşən Nyu-York şəhəri tərəfindən də qadağan edilib. “TikTok” artıq Nyu-York hökumətinə məxsus rəsmi cihazlarda mövcud olmayacaq və qurumlar növbəti 30 gün ərzində tətbiqi cihazlardan silməli olacaqlar.