“Nike” ən məşhur idman ayaqqabısı markası seçildi

“Nike” şirkəti idman ayaqqabıları bazarının 18%-nə sahibdir və bu kateqoriyada liderdir.

İndex.az xəbər verir ki, bu barədə “Statista” məlumat yayıb.

Belə ki, “Statista Market Insights”ın məlumatına görə, ikinci yerdə də “Nike”yə məxsus olan və bazarın 11%-nə sahib olan “Jordan” brendi qərarlaşıb.

“Adidas” 9% ilə üçüncü, “Skechers” və “Vans” 7% ilə dördüncü və beşinci, “MoonStar” markası isə 5% ilə altıncı yerdədir.

Yenə də “Nike” şirkətinə məxsus olan “New Balance” və “Converse” brendlərinin hər biri bazarın 4%-ni əldə edib.

“Statista” analitiklərinin hesablamalarına görə, idman ayaqqabıları bazarı hazırda 75 milyard dollar dəyərindədir. 2028-ci ilə qədər onun təxminən 100 milyard dollara qədər artacağı gözlənilir.

Xatırladaq ki, “Nike” 25 yanvar 1964-cü ildə Phil Knight tərəfindən təsis edilib və əvvəlcə “Blue Ribbon Sports” adlanırdı. Brend 1978-ci ildə “Nike” adını alıb. Hazırda şirkət “Nike” brendi və “Nike Golf”, “Nike Pro”, “Nike+”, “Air Jordan”, “Nike Blazers”, “Air Force 1”, “Nike Dunk”, “Air Max”, “Foamposite”, “Nike Skateboarding”, “Nike CR7”, “Hurley International” və “Converse” markaları altında mallar satır.