“Nestle” Çində doğum nisbətinin aşağı düşməsindən sonra fabrikini bağlayır

Çində məhsuldarlıq ölkə tarixində ən aşağı səviyyəyə düşdükdən sonra “Nestle” şirkəti xüsusilə Asiya ölkələrinə ixrac etmək üçün İrlandiyada qurduğu uşaq qidası fabrikini bağlamaq qərarına gəlib.

İndex.az xəbər verir ki, bu qərara əsasən, “Nestle”nin İrlandiyadakı Askeaton fabrikində və onun Tədqiqat və İnkişaf (Ar-Ge) müəssisəsində 542 işçi 2025-ci ilin əvvəlindən işdən çıxarılma riski ilə üzləşəcək.

Fabrik 2012-ci ildə “Nestle” tərəfindən alınıb.

“Nestle”nin açıqlamasında Çinə və Asiya bazarına uşaq qidası ixracının azalmasının İrlandiyada fabrikin bağlanmasının ən əhəmiyyətli səbəbi olduğu bildirilib.