NEZ-lərin yenidən qurulması üçün avadanlıq və material idxalı daha 2 il vergidən azad olunur

Azərbaycanda iri neft emalı zavodlarının (NEZ) yenidən qurulması layihəsi çərçivəsində avadanlıq və materialların idxalı daha 2 il müddətinə vergidən azad edilir.

Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Hazırda qüvvədə olan Məcəlləyə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihəsi çərçivəsində avadanlıqların və materialların idxalı 2020-ci il yanvarın 1-dən 2 il müddətinə vergidən azaddır. Dəyişikliyə əsasən, həmin müddət 4 il olacaq.