Nəqliyyat və rabitə xərcləri 58% artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 528 milyon manatı və yaxud 1,4 %-i nəqliyyat və rabitə ilə bağlı xərclərinin payına düşəcək.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 57,6 çoxdur.

Nəqliyyat və rabitə xərcləri iqtisadi fəaliyyət xərclərinin 6,8 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.