Moldova daha “Qazprom”dan qaz almayacaq

Moldova Rusiyanın “Qazprom” şirkətindən qaz almayacaq.

İndex.az xəbər verir ki, bu barədə ölkənin energetika naziri Viktor Parlikov bildirib.

Nazirin sözlərinə görə, rəsmi Kişineu Avropa bazarından qaz almağa nail olub və hətta Rusiyanın təklif etdiyindən daha ucuz qiymətə qaz alıb.

Xatırladaq ki, bir müddət öncə yayılan xəbərə əsasən, 1 oktyabr tarixindən etibarən Türkiyə Moldovaya gündə 2 milyon kubmetr qaz ixrac etməyə başlamalı idi.