“Mitsubishi” Çində istehsalını dayandırır

Rəsmi Kyodo agentliyinin bazar mənbələrinə əsaslanaraq verdiyi məlumata görə, “Mitsubishi Motor” Çində istehsalını dayandıracaq.

İndex.az xəbər verir ki, geri çəkilmə qərarının şirkətin Çində satışlarının azalması və Çin bazarının elektriklə işləyən avtomobillərə doğru getdikcə artması ilə əlaqədar olduğu bildirilib.

Yapon şirkətinin yerli istehsal tərəfdaşı ilə danışıqlardan sonra rəsmi qərarı açıqlayacağı və istehsal resurslarını Cənub-Şərqi Asiya bazarına keçirəcəyi gözlənilir.

Kyodo xəbərlərində yerli markaların Çində bazar paylarını genişləndirdiyi və yapon istehsalçılarının avtomobillərini yerli bazarda satmaqda çətinlik çəkdiyi vurğulanıb. Məlumdur ki, “Nissan Motor” 2023 maliyyə ili üçün Çində satış hədəfini 1,1 milyondan 800 minə endirib, “Mazda Motor” isə aprel-iyun rübündə Çində satışlarında 17 faiz azalma yaşadı.