“Facebook”, “Instagram” və “WhatsApp” sahiblərinə daha az qazandırdı – HESABAT

“Meta” 2022-ci ilin oktyabr-dekabr ayları üçün balans hesabatını açıqladı.

İndex.az xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” ötən ilin 4-cü rübündə 32,2 milyard dollar gəlirlə bazar gözləntilərini üstələyib.

Şirkətin ötən ilin 4-cü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4% azalaraq 32,2 milyard dollara enib. Qeyd edək ki, “Meta” 2021-ci ilin 4-cü rübündə 33,7 milyard dollar gəlir əldə etmişdi.

4-cü rübdə əldə edilən gəlir 2021-ci ilin 4-cü rübünə nisbətən az olsa da, 2022-ci il üçün proqnoz edilən 31,6 milyard dollarlıq bazar gözləntilərini üstələyib.

“Meta”nın gəliri isə əvvəlki ilə nisbətən 1% azalaraq 2022-ci ildə 116,6 milyard dollara enib.