“Messenger Lite” sentyabrda bağlanacaq

“Meta” şirkəti 2016-cı ildə istifadəyə verilən “Messenger Lite” tətbiqini bağlamaq qərarına gəlib.

İndex.az xəbər verir ki, “Messenger”in bütün əsas funksiyalarını təqdim edən proqram sentyabrın 18-dən etibarən xidmət göstərməyəcək.

Qeyd edək ki, “Messenger Lite” artıq “Google Play Store”dan silinib.