Malta COVID-19-a qarşı vaksin olunmamış turistləri ölkəsinə buraxmayacaq

Malta hökuməti 14 İyul tarixindən etibarən COVID-19 koronavirus infeksiyasına qarşı vaksini olmayan turistlərin girişinə qadağa qoyacaq.

İndex.az xəbər verir ki, bu barədə “Times of Malta” yazıb.

Ölkənin Səhiyyə naziri Kris Föln bildirib ki, Malta Avropada belə bir addımı atan ilk ölkə olacaq.

14 İyuldan etibarən Maltaya gələn turistlərin tanınmış bir peyvənd sertifikatı göstərməsi lazımdır.