MDB ölkələrində iqtisadi artım belə olacaq – SİYAHI

Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının 4,2%, gələn il isə 2,8%, 2024-cü ildə isə 2,6% böyüyəcəyini proqnozlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə Dünya Bankının “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında bildirilib.  

Hesabata görə, Müstəqil Dövlətlər Birliyi ölkələrində iqtisadi artım səviyyəsi isə belə olacaq:

Ölkə 2022-ci il 2023-cü il 2024-cü il
Azərbaycan 4,2% 2,8% 2,6%
Rusiya -4,5% -3,6% 1,6%
Qazaxıstan 3% 3,5% 4%
Özbəkistan 5,3% 4,9% 5,1%
Qırğızıstan 4% 4% 4,5%
Tacikistan 4,2% 4,8% 4,5%
Moldova -0,7% 2,6% 4,2%
Belarus -6,2% -2,3% 2,5%