Məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Operativ Qərargaha göndərilib

“Azərbaycanda karanetin rejimi ilə bağlı qalan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib”.

İndex.az xəbər verir ki, bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, nəticələr yaxın müddətdə ictimaiyyətə açıqlanacaq.