“Lukoyl” Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqlini dayandırır

Rusiyanın “Lukoyl” şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Xəzər dənizindən neft nəqlini dayandırmaq niyyətindədir.

İndex.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə isitnadən bildirir.

Qeyd olunur ki, şirkət həmin həcmi Xəzər boru xətti konsorsiumu sisteminə yönəldəcək.

Bu qərar Aİ-nin Rusiya neftinə embarqo qoyması ilə əlaqədar verilib. Aİ dekabrın 5-dən etibarən Rusiyadan neft alışına məhdudiyyətlər tətbiq edir.