Londonda hər 6 dəqiqədə 1 telefon oğurlanır

Son illərin telefon oğurluğu hesabatlarına görə, ən təhlükəli ərazilərdən biri olan Londonda hər altı dəqiqədən bir mobil telefon oğurlanır.

İndex.az xəbər verir ki, ötən il Londonda 90 864 mobil telefon oğurlanıb. Bu o deməkdir ki, şəhərdə hər gün 250-yə yaxın telefon oğurlanır.

Londonda cinayət nisbətinin artması və paytaxt Londonda baş verən şəxsi oğurluqların 38%-nin telefon danışıqlarında iştirak etməsi narahatlıq doğurur.