“Lada” avtomobilləri Efiopiyada yığılmağa başlayacaq

Rusiyanın “AvtoVAZ” şirkəti “Lada” avtomobillərinin Efiopiyada yığılmasına dair müqavilə imzalayıb.

İndex.az xəbər verir ki, bu barədə “Tsarqrad” nəşri məlumat yayıb.

“AvtoVAZ”ın İxrac ezrə direktoru İlya Savinov Əddis-Əbəbəyə gedib və “Ethio Engineering Group”un baş direktoru və Efiopiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Süleyman Dedefo ilə müqavilə imzalayıb.

“Ethio Engineering Group” Rusiyadan gətirilən avtomobil dəstlərindən “Lada” avtomobillərini yığacaq.

Sentyabrın sonunda məlum olub ki, “AvtoVAZ” 2024-cü ildə Qazaxıstanda avtomobil istehsalını bərpa edə bilər. “Lada” avtomobil istehsalçısı həmçinin Misir və Əlcəzairdə avtomobil istehsal etmək imkanlarını araşdırır. Həmçinin MDB ölkələrinə tədarükün həcmini artırır.