Kriptovalyuta bazarının kapitallaşması trilyon dollardan aşağı düşdü

Dünyanın aparıcı kriptovalyutası ucuzlaşıb.

İndex.az xəbər verir ki, “Bitcoin” kriptovalyuta son 24 saat ərzində 1,43% ucuzlaşaraq 21,723 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 419 milyard 556 milyon 964 min ABŞ dolları təşkil edib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 0,84 % azalaraq 1,539 min ABŞ dolları olub.

Kriptovalyuta bazarının toplam dəyəri 996 milyard 857 milyon 556 min ABŞ dollarına çatıb. Bu da daha öncəki günlə müqayisədə 1,17 % 42 milyard 972 milyon 553 min dollar azdır.

Qeyd edək ki, bununla da kriptovalyuta bazarının kapitallaşması bir trilyon dollardan aşağı düşüb.