“Kaspersky” iOS cihazları vasitəsi ilə edilən kiberhücumları ifşa etdi

Son aylarda “Kaspersky”nin rəhbər səviyyələrini hədəf alan “iMessage” əsaslı kiberhücumlar reallaşıb.

İndex.az xəbər verir ki, aylar sonra “Kaspersky” bu əməliyyat haqqında ətraflı məlumat verib.

“Kaspersky” bu hücumun həm ictimaiyyəti, həm də “Kaspersky” işçilərini hədəf aldığını və beş iOS zəifliyindən istifadə etdiyini müəyyən edib.

Bu zəifliklərdən dördü “Kaspersky” tədqiqatçıları tərəfindən “Apple”a bildirilib.

Bu zəifliklər “iPhone”, “iPod”, “iPad”, “macOS” cihazları, “Apple TV” və “Apple Watch” daxil olmaqla, geniş çeşiddə “Apple” məhsullarına təsir göstərib.