iOS 17.0.3 yeniləməsi “iPhone 15″in isinmə problemini aradan qaldırır

“iPhone 15 Pro” və “15 Pro Max” modellərinin isinmə problemini həll etmək üçün göndərilən iOS 17.0.3 yeniləməsi gözlənildiyi kimi nəticə verir.

İndex.az xəbər verir ki, güclü A17 Pro prosessoru ilə “iPhone 15 Pro” və “15 Pro Max” modellərinə iOS 17.0.3 yeniləməsi gətirilib.

“Apple” bu yeniləmənin mühüm səhvləri düzəltdiyini, təhlükəsizlik yeniləmələrini təmin etdiyini və “iPhone”un işləməsinə səbəb olan problemi həll etdiyini deyib.

“Bu yeniləmə sınaqdan keçirilib və testlərə əsasən isinməni əhəmiyyətli dərəcədə azaldır. Yeniləmədən sonra telefonlar oyun zamanı və performansını itirmədən enerji doldurarkən daha az qızır. 20 dəqiqəlik 3D stress testində temperaturun iOS 17.0.2 ilə müqayisədə təxminən 2,5°C aşağı olduğu ölçülüb. 10 dəqiqəlik 4K 60 kadr video çəkilişinin nəticəsi də yeniləmədən əvvəlkindən 4,1°C aşağı olub”.