“Hyundai” ABŞ-da akkumulyator fabriki quracaq

“Hyundai” ABŞ-da akkumulyator fabriki qurmağa hazırlaşır.

İndex.az xəbər verir ki, Cənubi Koreya avtomobil istehsalçısı “Hyundai”nin xalis mənfəəti birinci rübdə iki dəfədən çox artdığından, şirkət ABŞ-da 5 milyard dollar dəyərində elektrik avtomobil akkumulyatoru fabriki quracaq.

Corciya ştatının Bartou şəhərində qurulacaq fabrikdə Cənubi Koreya şirkətləri bərabər paya sahib olacaqlar.

Zavodun 2025-ci ilin ikinci yarısından istehsala başlayacağı gözlənilir.

Məlumata görə zavod ildə 300 000 elektrik avtomobili istehsal etməyə kifayət edən “35 GWh” elektromobil akkumulyatoru istehsal gücünə sahib olacaq.