“Honda” 1,2 milyon avtomobilini geri çağırır: Nasazlıq yaranıb

Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor Co.” ABŞ-da arxa görüntü kameraları ilə bağlı problemlərə görə təxminən 1,2 milyon avtomobili geri çağırır.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Bu, 2018-2023-cü illərdə istehsal edilmiş “Odyssey” modellərinə, 2019-2022-ci illərdə istehsal edilmiş “Pilot” modellərinə və 2019-2023-cü illərdə buraxılmış “Pasport” modellərinə aiddir.

“MarketWatch” nəşrinin məlumatına görə, bu nasazlıqla bağlı hər hansı insident və ya qəza barədə məlumat yoxdur.