Heyətdən kənarda qalan Ronaldo ilk dəfə danışdı

Portuqaliyalı superulduz şəxsi “İnstagram” hesabında hər zaman gənclərə nümunəvi idmançı olduğunu, lakin bəzən bunun mümkün olmadığını bildirib.

Index.az Ronaldonun açıqlamasını təqdim edir:

“Karyeram boyu həmkarlarıma, düşmənlərimə və məşqçilərimə hörmətlə yaşamışam və oynamağa çalışmışam. Bu heç vaxt dəyişməyib, dəyişməmişəm. Mən son 20 ildə eyni peşəkarlıqla elit futbol oynayıram. Hörmət həmişə qərar verməyimdə mühüm rol oynayıb. Mən gənc yaşlarımda başlamışam, indi məni ən təcrübəli oyunçu kimi nümunə göstərirlər. Mən buna çox əhəmiyyət verirəm. Təəssüf ki, bu həmişə mümkün olmur və bəzən anın hərarəti duyğularımıza təsir edir. Hal-hazırda Karrinqtonda çox çalışmaqda davam edirəm. Komanda yoldaşlarımı dəstəkləyirəm və hər zaman istənilən oyuna hazıram. Bura “Mançester Yunayted’dir və biz birlikdə olmalıyıq. Tezliklə yenidən birlikdə olacağıq” – deyə bildirib.