Hərrac yolu ilə 7 faydalı qazıntı yatağı istifadəyə verildi

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən hərrac yolu ilə 7 faydalı qazıntı yatağı istifadəyə verilib.

İndex.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, Xızıda yerləşən “Şurabad” qum yatağının 5 hektar sahəsi, Qaradağda “Gülbaxt”, “Vulkan”, “Şahqaya”, “Karvansaray” əhəngdaşı yataqlarının müvafiq olaraq 3.66, 13.72, 3, 15.68 hektar sahəsi, Daşkəsəndə “Bulaqlı” mərmərləşmiş əhəngdaşı yatağının 1 hektar sahəsi və Salyanda “Babazənən 1” gil yatağının 1 hektar sahəsi istifadəyə verilib.