“Gilan Holding”in törəmə şirkətinin kapitalı 11 dəfə artırılıb

“Gilan Holding” MMC-nin törəmə şirkətinin nizamnamə kapitalı artırılır.

İndex.az xəbər verir ki, bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, holdinqin şirkəti “Gilan Dairy Farms” MMC-nin nizamnamə kapitalı 100 manatdan 1 100 manata qaldırılıb.

“Gilan Dairy Farms” bununla nizamnamə kapitalını son əməliyyatla 11 dəfə artırmalı olub.

Qeyd edək ki, şirkət 2015-ci ildə yaradılıb. Şirkət süd məhsulları istehsalı və satışını həyata keçirir.