Futbol meydançalarında Ukrayna bayrağına icazə verildiyi halda, niyə Fələstin bayrağına icazə verilmir?

Belçika Super Liqası (Pro Liqa) komandalarından olan “AA Gent”in futbolçuları Tarik Tissoudali və İsmael Kandoussun Anderlext matçında taxdıqları Fələstin bayrağı sarğılarının zorla götürülməsi müzakirələrə səbəb olub.

İndex.az xəbər verir ki, bu hadisə Belçika mediasında gündəm olub.

“Ukrayna bayrağına icazə verilir, Fələstin bayrağı qadağandır. Buna kim qərar verir?” kimi şərhlər edilir.

Tarik Tissoudali də Fələstinə dəstək təşəbbüsünün qarşısının alınmasını “siyasi davranış” kimi qiymətləndirib və Ukrayna üçün buna icazə verildiyini, ancaq indi Fələstin üçün icazə verilmədiyini deyib.