“Fitch” 2023-cü il üçün qlobal artım proqnozunu artırıb

“Fitch Ratings” qlobal iqtisadiyyat üçün artım gözləntilərini yüksəldib.

İndex.az xəbər verir ki, Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” qlobal iqtisadiyyat üçün artım gözləntilərini bu il 2,4%-dən 2,5%-ə yüksəldib.

Gələn il üçün isə “Fitch” artım gözləntilərini 2,1%-dən 1,9%-ə endirib.