Filippində dələduzluq etmək məcburiyyətində qalanlar xilas edilib

Filippində yüzlərlə insan özünü internetdə sevgili kimi təqdim edərək dələduzluq etmək məcburiyyətində qalanlar dələduzluq mərkəzindən xilas edilib.

İndex.az xəbər verir ki, polisin bildirdiyinə görə, mərkəzdə keçirilən reyd zamanı 383-ü Filippin, 202-si Çin və digər ölkələrin vətəndaşları olan 73 nəfər xilas edilib.

Paytaxt Manilanın təxminən 100 kilometr şimalında yerləşən dələduzluq mərkəzinin internetdə fəaliyyət göstərən qumar şirkəti kimi qeydiyyatdan keçdiyi üzə çıxıb.

Cənub-Şərqi Asiya ölkələri saxtakarlıq fəaliyyəti üçün mərkəzə çevriliblər və fırıldaqçıların özləri də çox vaxt cinayətə məcbur edilən şəxslərdir.