“Ferrari” 2 mindən çox avtomobili geri çağırır

İtaliyanın “Ferrari” avtomobil şirkəti Çində 2,2 mindən çox avtomobili geri çağırır.

İndex.az xəbər verir ki, qərar avtomobillərin əyləc sistemində qeydə alınan problemlərlə bağlıdır.

Qeyd olunur ki, geri çağırılma 2010-cu ilin martından 2019-cu ilin martınadək istehsal olunmuş “458 Italia”, “458 Speciale”, “458 Speciale A”, “458 Spider”, “488 GTB” və “488 Spider” modellərinə aiddir.

Məlumata əsasən, həmin avtomobillərdə əyləc mayesinin sızması mümkündür ki, bu da əyləc sisteminin sıradan çıxmasına gətirib çıxara bilər.