Fermer yetişdirdiyi 40 timsah tərəfindən parçalanıb

Siem Reap şəhəri yaxınlığındakı fermada olan timsahlar saxlandıqları əraziyə düşən adamı parçalayaraq yeyərək qısa müddətdə ətraf qan gölünə çevrilib.

Kambocada ailəsinin timsah yetişdirmə fermasında işləyən 72 yaşlı kişi ətrafdakı hasardan yıxıldıqdan sonra 40-a yaxın timsaha yem olub.

Əlindəki çubuqla bağlı olduğu qəfəsdən yumurta qoyan timsahı çıxarmağa çalışan timsah ağzı ilə çubuğu dartıb sürünənlərin saxlandığı əraziyə düşməsi ilə müvazinətini itirib.

AFP-nin məlumatına görə, fermadakı timsahlar saxlandıqları əraziyə düşən adamı parçalayaraq yeyərkən, yer qan gölünə çevrilib.

Siem Reap polis rəisi Mey Savri AFP-yə deyib: “Timsahı kürü tökdüyü qəfəsdən çıxarmağa çalışarkən heyvan ağzı ilə çubuğu dartıb və qəfəsin içərisinə düşüb. Sonra digər timsahlar onun üstünə cumublar və ölənə qədər ona hücum ediblər. Adam öləndə bədəni parça-parça olub”.

2019-cu ildə eyni fermada timsahlarla qəfəsə düşən iki yaşlı qız parçalanaraq öldürülüb.

Qeyd edək ki, Siem Reap şəhərində çoxlu timsah yetişdirmə fermaları var. Siem Reap dünyanın ən böyük məbəd şəhəri olan Angkordan 6 kilometr aralıda yerləşir.