“Fanta” niyə İkinci Dünya müharibəsi Almaniyasında yaranıb?

Amerika 1941-ci ildə müharibəyə girəndə Almaniya ilə bütün ticarəti dayandırdı. “Coca-Cola” istehsalında istifadə olunan “7X” adlı formula ilə istehsal olunan xammalın Almaniyaya ixracına məhdudiyyətlər başladı. Bu səbəbdən Almaniyada ciddi “Coca-Cola” qıtlığı yaşanırdı.

“Coca Cola GmbH” (Coca Cola Almaniya) şirkətinin rəhbəri Maks Keyt əlindəki inqrediyentlərlə sərinləşdirici içki hazırlamaq qərarına gəlib. Onlar o vaxt əldə etdikləri alma lifləri və zərdab qalıqlarını qarışdıraraq içki hazırlayıblar.

Əlindəki məhsullarla istehsal olunan bu içkiyə də ad lazım idi. “Coca Cola GmbH”nin rəhbəri Keyt komandanı ad seçərkən “Fantastik” adlar üzərində düşünməyə təşviq etdi. Qrupun qurucu üzvlərindən biri olan Co Knipp “Fanta” adını almanca “Fantastisch” (Fantastic) sözünün abreviaturası kimi təklif etmişdir.

Bu içki tezliklə ən məşhur içkilərdən birinə çevrildi, çünki tərkibində orta içkidən daha çox şəkər var və ölkədə sərinləşdirici içkilər çox deyil.

Adın yayılması ilə bir çox evdar qadın bu içkini yeməklərində dadlandırıcı kimi istifadə etməyə başladı.

Müharibənin sonuna qədər ABŞ-da”Coca-Cola” idarəçiləri Keytin şirkət üçün yoxsa nasistlərlə işlədiyini bilmirdilər, çünki onunla əlaqə saxlamaq mümkün deyildi. Belə narahatlıqlara baxmayaraq, Keyt o zaman “Coca-Cola”nın maraqlarını və işçilərini qoruyurdu. “Coca-Cola” məhz onun səyləri sayəsində, İkinci Dünya Müharibəsindən dərhal sonra Almaniyada istehsalı bərpa edə bildi.

Maks Keytin işlədiyi müddətdə “Coca-Cola” tərəfindən göndərilən müfəttiş hesabatına görə, Nasist olmaq üçün dəfələrlə təzyiqlərə məruz qalmasına baxmayaraq, Keyt partiyaya qoşulmaqdan imtina edib və buna görə böyük çətinliklərlə üzləşib.

Keytin “Fanta”nı öz adı ilə qablaşdırıb sataraq sərvət qazanmaq imkanı olduğu halda, o, yalnız şirkətin maraqlarını düşünüb, hətta müharibənin sonunda “Coca-Cola” şirkətini Almaniyaya dəvət edir və “Fanta”nı, eləcə də müharibə illərindən əldə edilən gəlirləri təhvil verib.

Keyt çox ağıllı iş adamı idi. Müharibə şəraitində olan və diktaturanın hökm sürdüyü ölkədə o, şirkətini ayaqda saxlamağa və istehsalı davam etdirməyə nail oldu. Bu uğura nail olmaq üçün Keytin Hitlerə yaxın olmaqdan başqa çarəsi yox idi.

Çünki o vaxt iş adamları ya həbsxanaya göndərilir, ya da ən kiçik müqavimətdə işdən çıxarılırdı. Əslində, həm uğurlu iş adamı kimi tanınmaq, həm də çox dəyər verdiyi şirkətini saxlamaq üçün edilən bütün işbirliklərinin əsl səbəbi bu idi.