Faiz artımı problemili kreditləri artırır

Avropa Mərkəzi Bankının (AMB) vitse-prezidenti Luis de Guindos bir sıra açıqlamalarla günədəmə gəlib.

İndex.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) vitse-prezidenti Luis de Guindos İtaliyanın “Il Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsində, pul siyasətinin sərtləşdirmə yolunda son səviyyəyə girdiyini ifadə edərək, yavaşlayan iqtisadiyyatın və faiz artımının birləşməsinin problemli kreditlərdə bankların maliyyələşdirmə xərclərini artıracağını bildirib:

“Faiz artımı bəzi borcalanların ödənişlərini ödəməkdə daha çox çətinlik çəkməsinə səbəb ola bilər. Hazırda yaxşılaşmış mənfəət marjaları problemli kreditlərdən yaranan potensial itkiləri kompensasiya edir. Bununla belə, iqtisadiyyatın yavaşlaması ilə faiz artımlarının birləşməsi artır. Banklar üçün maliyyə xərcləri və ümidsiz kreditlərdə artım gətirir”.