“Ethereum” 1 həftədə 14% bahalaşıb

Kriptovalyutaların bərpa olunduğu bir vaxtda, bazarın diqqəti “Bitcoin”dən “Ethereum”a yönəlib.

İndex.az xəbər verir ki, “Ethereum”un, “Shapella” yeniləməsindən sonra həftəlik yüksəlişi 14%-dən çox olub.

Qeyd edək ki, bu həftə ərzində “Bitcoin” 9%-lik artım göstərmişdi.

Proqramdakı yeniləmədən əvvəl bunun “Ethereum”da narahatlıqlar yaradacağı düşünülsə də, əksinə olaraq, “Ethereum”un yüksəlişinə səbəb oldu.

“Amber Group”un idarəedici ortağı Annabelle Huang açıqlamasında artıq daha çox institusional tələbat gördüklərini bildirib:

“İndi investorlar “Ethereum”u daha tez paylaya, paylarını geri ala və likvidlik təmin edə bilərlər”.

“Staking” adlanan kilidləmə prosesi, saxlanılan məbləğ müqabilində zamanla müəyyən nisbətlərdə kripto pulları mükafatlandırır.