“Emal gücü 2030-cu ilə qədər 10 dəfə artacaq”

“Metaverse”, virtual reallıq, süni intellekt, avtonom sistemlər hər gün daha çox emal yükünün yaranmasına səbəb olur.

İndex.az xəbər verir ki, konfransda çıxış edən “Huawei” idarə heyətinin sədri Ken Hu bildirib ki, belə davam edərsə, 2030-cu ilə qədər ümumi emal gücünə 10 qat daha çox ehtiyacımız olacaq.

Ken Hu xüsusilə “ChatGPT” ilə başlayan süni intellekt trendinin yeni bir dövrü başlatdığını və bu sahə üçün emal gücünün 500 dəfə artmalı olduğunu vurğulayıb.

Ken Hu həmçinin ötürmə qabiliyyəti tələblərinin ən azı 100 dəfə artacağı “metaverse” və holoqrafik təsvir sənayesində əhəmiyyətli irəliləyişlərin olacağını proqnozlaşdırır.

O, həmçinin 2030-cu ildə dünyada 20 milyarda yaxın internet bağlantısı olacağını və inkişaf edən texnologiyalarla gecikmə müddətlərinin 100 ms-dən 1 ms-ə qədər azalacağını düşünür.

Təbii ki, bunlar kifayət qədər cəsarətli proqnozlardır, lakin ümumi tendensiya göstərir ki, oxşar proses bizi də gözləyir.

Belə artan emal gücü müvafiq sektorları on dəfə artıracaq. Ancaq bu prosesdən qlobal istiləşmə və ətraf mühitin çirklənməsinə necə təsir edəcəyi maraq doğurur.