Ekvador – Seneqal oyununa 23.00 əmsallıq PROQNOZ

Bu gün saat 19:00-da Ekvador millisi Seneqalla qarşılaşacaq. Pley-offa vəsiqəni kim təmin edəcək? Cavab bizim proqnozdadır.

EKVADOR

Ekvador milli komandası gözlənilmədən Cənubi Amerikadan Dünya Çempionatına vəsiqə qazandı. Qrupda Niderland, Qətər və Seneqalla birgə mübarizə aparan Qustavo Alfaronun komandası DÇ-nın açılış matçında Qətəri 2:0 hesabı ilə məğlub edərək mundiala qələbə ilə başladı.

İkinci turda Niderland ilə oynayan ekvadorlular artıq ilk dəqiqələrdə qapısında qol gördülər. Lakin komanda özünü toparlayıb “narıncılar”a ciddi müqavimət göstərərək hesabı bərabərləşdirməyi bacardı. Beləliklə oyun heç-heçə bitdi.

SENEQAL

Seneqal millisi DÇ başlamazdan əvvəl zədə səbəbindən Sadio Manenin itirdi. Bu itki afrikalıların hücum xəttinə ciddi təsir etdi. Buna baxmayaraq ilk turda seneqallılar Niderlandla qarşılaşmada yaxşı mübarizə apardı. Lakin oyunun sonlarında vurduqları 2 qolla “narıncılar” 0:2 hesablı qələbə qazandılar.

İkinci dövrədə Aliu Sissenin yetirmələrinin artıq səhv etmək hüququ yox idi. Qətərlə oyunda seneqallılar yalnız qələbə haqda düşünürdülər. Hər şey isdədikləri kimi də oldu. Seneqal Qətər üzərində 3:1 hesablı qələbə qazanaraq pley-off şanslarını artırdı. Eyni zamanda Qətəridə mundialdan kənarda qoydu.

PROQNOZ

Seneqal millisinin ilk turdakı məğlubiyyəti onları bu gün risq etməyə məcbur edəcək. Afrikalılar yəqin ki, oyunun böyük bir hissəsini müdafiədə yox, hücumda keçirəcəklər. Komandanın hücüm xəttindəki istedadlı oyunçuların isə bugün qolsuz qalacaqlarını düşünmürük. Eyni zamanda mundial başlayandan bura əla çıxış edən Ekvador millidi də, qol vurmağa çalışacaq. Ekvadorluların əks-hücumları çox təhlükəlidir. Onların da, bu görüşdə qol vuracağını düşünürük.

İlk proqnozumuz hər 2 komandanın qol vuracağıdır – 2.01

Ekvador millisi ilk turlarda yaxşı komanda olduğunu göstərdi. Onlar müdafiədə çox inamlıdır. Hücuma isə sürətli və kəskin çıxırlar. Seneqalın bu oyunda risq edərək hücuma yüklənəcəyini nəzərə alsaq, ekvadorlular onları əks-hücumlarda cəzalandıra bilər. Biz bugün Ekvadorun qələbəsinə inanırıq.

İkinci mərcimiz Ekvadorun qələbəsi olacaq – 2.41

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 3:1 – 23.00

Ekvador 2-ci hissədə qol vuracaq – 1.88

Seneqal 2-ci hissədə qol vuracaq – 2.10