“Depozit faizləri 4-5% olsa, banklara pul qoyan olmayacaq”

“Azərbaycanda kredit faizlərini azaltmaq üçün depozit faizlərini aşağı salmalıyıq. Amma etiraf edək ki, depozit faizləri 4-5% olsa, banklara pul qoyan olmayacaq”

İndex.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

“Bu gün kredit faizləri 4 amildən asılı olaraq formalaşır. İlk növbədə depozit faizləri 6-8%-dirsə, bu, bankın verdiyi kreditin maya dəyərinin azı 6-8%-ni təşkil edir. Sonra həmin borcalanın kredit riski bunun üzərinə gəlir. Bundan əlavə bankın əməliyyat xərcləri var, o da 1-2% arası olanda ümumi kredit faizləri artır. Üstəgəl bankın marjası da var. Məndən soruşsanız ki, belə olmalıdırmı, deyərəm yox. Mən də başa düşürəm kİ, ölkədə kredit faizləri yüksəkdir. Keçən dəfə ABŞ-la müqayisə aparıldı. Halbuki ABŞ-da biznesin illik gəlirliliyi bizdəki kimi 15% deyil, aşağıdır”, – deyə o qeyd edib.