“Brent” markalı neftin qiyməti 86,8 dollar səviyyəsində sabitləşib

Bu gün dünya bazarlarında etalon markalı neftin qiymətləri bir qədər yüksəlib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti bir barel üçün 86,82 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 7 sent çoxdur. Bazar ertəsi bu müqavilələrin qiyməti 1,32 ABŞ dolları (1,6 %) artaraq 86,75 ABŞ dolları təşkil edib.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda “WTI” markalı neftin may fyuçerslərinin qiyməti ötən günlə müqayisədə 6 sent artaraq bir barelə görə 82,01 ABŞ dolları olub. Dünənki sessiyanın sonunda müqavilələrin qiyməti 1,32 ABŞ dolları (1,6 %) artaraq 81,95 ABŞ dolları/barelə çatıb.

Qiymətlərin yüksəlməsinə Yaxın Şərqdə gərginliyin artması, Rusiya və Ukrayna arasında münaqişə, həmçinin Rusiyada hasilatın azalması və ABŞ-da qazma qurğularının sayının azalması təsir edir.

Neft-mədən xidmətləri şirkəti olan “Baker Hughes”un məlumatları göstərib ki, son bir həftə ərzində ABŞ-da aktiv neft qazma qurğularının sayı bir vahid azalaraq 509 ədəd təşkil edib. Qaz qurğularının sayı isə 4 vahid azalaraq 112-yə çatıb.

Bu arada, “StoneX” analitiklərinin fikrincə, Ukrayna pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Rusiyanın neft emalı gücü sutkada təxminən 400 min barel azalıb.