Braziliya Aİ-yə azad ticarət sazişi təklif edir

Braziliyanın xarici işlər naziri Mauro Vieira Avropa İttifaqı (Aİ) ilə Cənubi Ümumi Bazar (MERCOSUR) arasında azad ticarət sazişi üçün çağırış edib.

İndex.az xəbər verir ki, xarici işlər naziri Vieira Aİ ilə müqavilənin “strateji” olduğunu və azad ticarət müqaviləsinin imzalanacağına ümid etdiklərini bildirib.

Aİ ilə danışıqların davam etdiyini xatırladan Vieira, Aİ ilə tərəfdaşlıq sazişini çox yaxında imzalanacağını qeyd edib:

“Bu sayədə qlobal iqtisadiyyatda kimliyimizi gücləndirmiş olarıq. MERCOSUR iqtisadiyyatları həm ixracımızı artıracaq, həm də Avropa bazarında rəqabət qabiliyyətini artıracaq. Bununla yanaşı yeni texnologiyaların əldə edilməsindən faydalanacağıq”.