“BioNTech” işinin ilk iclası ləğv edildi

Almaniyada bir tibb işçisinin alman biotexnologiya şirkəti “BioNTech”ə qarşı Hamburq Əyalət Məhkəməsində açdığı iddianın ilk iclası ləğv edilib.

İndex.az xəbər verir ki, alman mətbuatında yer alan xəbərə görə, məhkəmənin sözçüsü bildirib ki, iddiaçının vəkilinin imtina tələbi ilə ilk iclas ləğv edilib.

Xəbərdə bildirilib ki, işin vacibliyinə görə bu rədd cavabı ilə məsələyə hakim əvəzinə hakimlər kollegiyası tərəfindən baxılması istənilib.

Qeyd olunub ki, məhkəmə bir neçə gündən sonra bu iddiaya baxacaq.

Alman məxfilik qanununa əsasən anonimlik hüququndan istifadə edən tibb işçisi adından “Rogert & Ulbrich” hüquq firmasının qaldırdığı iddia bu gün Hamburq Əyalət Məhkəməsində başlamalı idi.