Bibiheybət məscidindən Lökbatan dairəsinədək yol bağlanacaq

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidindən Lökbatan dairəsinədək olan hissəsində (hər iki istiqamətdə) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərini həyata keçirəcək.

İndex.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, 9 avqust saat 22:00-dan 20 avqust saat 06:00-dək və 20 avqust saat 22:00-dan 21 avqust saat 06:00-dək işlərin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edir.