Belarus Dünya Bankına olan kredit borcunu ödəmir

Oktyabrın 17-dən etibarən Dünya Bankı Belarusa ayrılan və ya rəsmi Minskin zəmanəti ilə götürülmüş kreditlərə “xidmət olunmayan” statusu verib.

İndex.az xəbər verir ki, oktyabrın 14-nə əsasən, Belarusun 68.43 milyon dollar ekvivalentində kredit “gecikməsi” var. Bunu nəzərə alaraq, Dünya Bankı yuxarıda qeyd edilən qərarı verib.

Ümumilikdə Belarus Dünya Bankına 967 milyon dollar borcludur.

2020-ci ilin may ayından etibarən Dünya Bankı Belarusun kreditləşməsini dayandırıb. Cari ilin mart ayından isə Dünya Bankı Rusiya və Belarusdakı bütün proqramlarına xitam verib.